Sağlamlıq imkanları məhdud qonaqların Naxçıvana gəzintisi təşkil olunub - FOTOLAR

A- A A+

Ölkəmizin digər  regionlarından olan  100-ə yaxın  sağlamlıq imkanları məhdud şəxsin  muxtar respublikaya səfəri təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər çərçivəsində qonaqlar üçün ekskursiyalar təşkil olunub, görüşlər keçirilib.

Səfər müddətində qonaqların muxtar respublikanın  turizm əhəmiyyətli məkanlarına, o cümlədən  Naxçıvan şəhərində yerləşən “Əcəmi” seyrangahında təşkil olunmuş  açıq səma altında muzeyə və şərq memarlığı incilərindən olan  “Möminə Xatun” türbəsinə  ekskursiyası  baş tutub. Burada qonaqlara Naxçıvanın qədim tarixi və türbə haqqında ətraflı məlumat verilib.

Sonra qonaqlar “Əshabi-Kəhf” Ziyarətgahı Dini-mədəni Abidə Kompleksini ziyarət ediblər.

Qeyd edək ki, ölkəmizin digər bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikada müalicəsi növbəti aylarda da davam etdiriləcək

 

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: