ANAMA Zəngilan rayonunda minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) partlamamış hərbi sursatlar qrupunun təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, noyabrın 19-da agentliyin əməkdaşı V.Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən tank əleyhinə minanın partlayışı nəticəsində yüngül qəlpə yaraları alıb.

Hadisədən dərhal sonra o, helikopter vasitəsilə Bakıya çatdırılıb və hospitala yerləşdirilib.

V.Babayev 2014-cü ildən ANAMA-da işləyir və fəaliyyəti zamanı belə hadisələr qeydə alınmayıb.

Agentlik əməkdaşlarının mütəmadi olaraq biliklərinin təkmilləşməsini, hazırlıq səviyyəsinin vaxtaşırı artırılmasını və yeni partlayıcı qurğular haqqında məlumatlı olmasını, gördükləri işin təhlükəsiz həyata keçirilməsini təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: