Məmməd Arazın yubileyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda xalq şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə  tədbir keçirilib.

Bildirilib  ki, Məmməd Araz 1933-cü il oktyabr ayının 14 -də Şahbuz rayonunun Nursu kəndində doğulub.  O, müasir Azərbaycan ədəbiyyatında özünəməxsus duyum və deyim tərzi ilə seçilən sənətkarlardan biridir.

Vurğulanıb ki, dahi şair ədəbiyyatımızın inkişafı yolunda əvəzsiz xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” və bir sıra fəxri adlara layiq görülüb. Eyni zamanda dövlətimizin ali mükafatı olan “İstiqlal” ordeni  ilə də təltif olunub.

Sonra Kiçikoba kənd klubunun bədii qiraət dərnəyinin üzvləri  ədibin  şeirlərini ifa ediblər. Dahi şairin şeirlərinə yazılmış mahnılar milli musiqi alətimiz olan sazın müşayiəti ilə səsləndirilib.

         Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: