Bu gün Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə rayon icra hakimiyyətindən məlumat verilib.
“Əməkdaşlarımız ərazidədirlər, hələlik heç bir fəsad qeydə alınmayıb”, - deyə bildirilib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.