Muxtar respublikada intensiv becərmə texnologiyalarına üstünlük verilməklə kənd təsərrüfatının vacib sahələrindən olan taxılçılıq ilbəil genişləndirilir. Cari ilin məhsulu tədarük edilən kimi əkinlərin saman və küləşindən kip vurularaq sahələr təmizlənib, şum işlərinə başlanılıb. Əkiləcək sahələrə kifayət qədər şum üçün traktorlar çıxarılıb, həmin texnikalar üçün tələb olunan ehtiyat hissələri və yanacaq ehtiyatı tədarük edilib. Sədərək rayonunda bu günə qədər 1710 hektar sahədə şum aparılıb, 1340 hektar sahədə taxıl əkini həyata keçirilib, 220 hektar sahə suvarılıb. Torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxum sortları ilə təminatı da diqqət mərkəzində saxlanılıb. Hazırda əkin kampaniyası uğurla davam etdirilir, əkilən sahələrdə suvarma işləri aparılır.
“Oğuz yurdu” qəzeti