Şahbuzda payızlıq taxıl əkinləri davam etdirilir

A- A A+

Taxıl məhsulunun ərsəyə gətirilməsində zəngin təcrübə toplayan, hərtərəfli qayğı ilə əhatə olunan Şahbuzlu fermerlər qazanılan uğurlardan ruhlanaraq gələn ilin bol məhsulunun əsasını qoymaq üçün səy və bacarıqlarını əsirgəmir. Bu günə qədər rayonda 467,7 hektaradək sahədə şum aparılıb. Taxıl sahələrini bir qədər də genişləndirərək əvvəlki ildən daha artıq əkin sahələri becərmək əzmində olan torpaq mülkiyyətçiləri artıq əkin kampaniyasına da başlayıblar. Bu günədək 188 hektar sahədə əkin işləri aparılıb. Cari ildə əldə edilən nəticəni son hədd hesab etməyən təsərrüfatçılar qarşıdakı ildə daha yüksək nəticələr qazanacaqlarına inanırlar.

                                                                              “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: