Naxçıvanda 11 gün ərzində 18 milyon kvadratmetrə yaxın ərazi dezinfeksiya edilib - FOTOLAR

A- A A+

Naxçıvanda əhalinin sağlamlığının qorunması məqsədilə 11 gün davam edən dezinfeksiya tədbirlərinin növbəti mərhələsi yekunlaşıb. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, profilaktik tədbirlərin sonuncu günündə dərmanlama işləri Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində, tam orta məktəblərdə, uşaq bağçalarında, ictimai yaşayış, inzibati binalarında,  tibb müəssisələrində və digər yerlərdə icra edilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə yekunlaşan tibbi-profilaktik tədbirlər avtomobil yollarını, prospekt, küçə, məhəllələri, idarə, müəssisə və təşkilatları, ticarət obyektlərini, istehsal müəssisələrini, ictimai yaşayış binalarını, park və istirahət mərkəzlərini, təlim-tədris müəssisələrini, bir sözlə əhalinin daha çox istifadə etdiyi məkanları əhatə edib.

Qeyd edək ki, dezinfeksiya tədbirlərinin növbəti mərhələsində Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi qrafik əsasında 12 xüsusi təyinatlı avtomobillərlə aparılan profilaktik tədbirlər nəticəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə 18 milyon kvadratmetrə yaxın ərazini əhatə edən avtomobil yolları və piyada səkiləri dezinfeksiya edilib.

Diyarımızda profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunması, bütün yaşayış məntəqələrində aparılan genişmiqyaslı dezinfeksiya işlərinin nəticəsidir ki, mövsümi xəstəliklərə, infeksiyalara, həmçinin koronavirusa ən az yoluxma faktı muxtar respublikada qeydə alınır.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: