Şərur rayonunda üzümçülüyün keçmiş şöhrəti özünə qaytarılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu il Şərur rayonunda 107 hektar sahədə üzüm bağları salınıb. Həmin bağların 97 hektarı barverəndir. Ötən ilin payızında 2 hektar sahəyə 40 min üzüm qələmi əkilərək bu sahə daha da genişləndirilib. Becərilən qələmlərdən bu ilin payızında yeni bağların salınması nəzərdə tutulub.
Suya tələbatı az olan üzüm tənəklərindən yaxşı becərmə nəticəsində götürülən bol məhsuldan əldə edilən qazanc bağların artırılmasına münbit şərait yaradır. Çərçiboğan kənd sakini Knyaz Cabbarov da yaxşı bağ salıb. Bağında süfrə üzümləri becərir. Arpaçay kənd sakini İbadulla Nəcəfov da üzümçülüyün inkişafına töhfə verənlərdəndir.
Üzümçülüyün qədim şöhrətinin özünə qaytarılması üçün dövlət kəndliyə hər cür qayğı göstərir. Şərur üzümçüləri də bu sahənin inkişafına öz töhfələrini verməyə çalışırlar.
Hafizə Əliyeva