Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edib

189

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə WhatsApp üzərindən spam mesajlar göndərilir. Mesaj göndərən Səhiyyə Nazirliyi depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir.

Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini bildirir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

Səhiyyə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, nazirlikdə həmin adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.

Onu da bildiririk ki, artıq aidiyyəti qurumlar həmin mesajlarla bağlı məlumatlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: