"Başım çox ağrıyır" cümləsi yəqin çox eşitmişik. Bunun əsas səbəbi kimi 3 amil göstərilir. Qidalanmaq, stress və hormonal pozğunluqlar.
Baş ağrısına yüngül baxmamalıyıq. Çünki baş ağrısı insan fəallığını tam əlindən almağa qadirdir.
NUHÇIXAN xəbər verir ki, baş ağrısının ciddi problem yaradacağını bir neçe üsulla əvvəlcədən bilmək olar.
Xəstə 50 yaşın içindədirsə və nəslində xərçəng və buna oxşar xəstəlik varsa gərək ciddi yanaşıla məsələyə. Bundan əlavə heç bir vaxt bu cür ağrı ilə qarşılaşmayıbsa bu ilkdirsə mütləq həkimə müraciət etməlidir.
Bundan başqa baş ağrıları tez-tez baş verməyə başlasa və ya kiçik ağrı şəklində hər zaman xəstəni narahat edirsə boş qoymamağı mütəxəsislər məsləhət görür.
Baş ağrılarılarının ən çox rast gəlinən növü "migren" növüdür. Bu əsasən xanımlarda rast gəlinir. Bu o qədər yayılıb ki, dünyada hər 4 xanımdan biri migrenə məruz qalır. Migren xəstəliyinin diaqnozu da çox çətin qoyulur. Lakin əsasən migreni törədən səbəb stressdir.
İnsan fiziologiyasında isə migrenin əsas yaranma səbəbi kimi qan damarlarında baş verən dəyişikliklər əsas səbəb kimi göstərilir.
Migren düzgün qidalanmadıqda da yaranır. Həddindən çox Şokolad, sitrus bitkiləri, sipirtli içkilər, qəhvə və pendir migrenin həsaslığını artıran qidalardır.
Bundan əlavə yuxusuzluq, siqaret və ən əsası stressdir.
Mütəxəsisslər isə migrenin müalicəsinin çox çətin və müalicəsinin bir qurup halında edildikdə effektli nəticə edildiyini söyləyirlər. Bəzən müalicə zamanı pisixoloji dəstək belə alınır. Amma ilk növbədə xəstənin sinir sistemini həsaslaşdıran və gərginlikdə saxlayan səbəbləri tapıb onları uzaq tuturlar. Bundan sona isə müalicəyə başlayırlar. Migrenli xəstələr öz həyat tərzlərini dəyişmədən mütəxəssis nəzarətində müalicə ala bilərlər. Amma mütəxəsisslər bildirirlər ki, migrenin üzərinə düşülməsə gələcəkdə çox ciddi fəsadlara yol aça bilər. Bu səbəbdən də vaxtında müalicə olunmağı məsləhət görürlər.