Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları Füzulidə minaya düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
DİN rəsmisi qeyd edib ki, hadisə Şukürbəyli kəndində baş verib.
Daxili Qoşunların Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Yaralılar xəstəxanaya yerləşdirilib.