Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının durumuna aydınlıq gətirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə bildirib ki, minaya düşən Murad Məmmədzadənin sol ayağı topuqdan amputasiya edilib.
O bildirib ki, Sarib Məmmədzadənin müalicəsi isə davam etdirilir.