Qonaqpərvər və isti ürəkli insanlar, dadlı yeməklər, ruhu zənginləşdirən təbiət, qədim tarix, güvənlik, azadlıq və hüzur... - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 17-21 noyabr tarixlərində Naxçıvana səfər edən yerli blogerlərdən Aylar Mustafayeva sosial şəbəkələrdə diyarla bağlı paylaşımında belə yazıb:
“Biz tarixin mərkəzinə düşdük və tam beş gün nağıl yaşadıq.
Bu səfərimiz Naxçıvan haqqında eşitdiyim bütün miflərin üzərindən qalın bir xətt çəkdi və bütün uydurulmuş stereotipləri alt-üst etdi.
Qonaqpərvər və isti ürəkli insanlar, dadlı yeməklər, ruhu zənginləşdirən təbiət, qədim tarix, güvənlik, azadlıq və hüzur bəxş edən Naxçıvan mənim ürəyimə bir möhür vurdu.
Əminliklə deyə bilərəm ki, yaddaşıma bu səfərimiz tək bir kəlimə ilə həkk olundu – Eşq!
Bu hissləri yaşamaq üçün orada olmaq gərəkdir”.