Naxçıvanın sakinləri-həyata xüsusi baxışları olan insanlar, qonaqları öz ailə üzvü kimi qəbul etməyi bacaran insanlar, o insanlar ki ürəkdən düşünməyi bacarırlar... - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvana təşkil edilmiş yerli bloqerlərin beş günlük səfəri qonaqlarda xoş təəssüratlar yaradıb. Bloqer Elçin Əmirov sosial şəbəkələrdəki paylaşımında inanılmaz gözəl dağların, quru təmiz havanın, ayna kimi göllər və yüzlərlə canlı mənzərələrin bütün səyahət sevərlər üçün diqqətçəkən olduğunu yazıb.
“Səmimi etiraf edim ki, 5 günümü orada keçirib bir daha ölkəmizin mədəni irsinin çoxşaxəliliyinin və müxtəlifliyinin şahidi olana kimi Naxçıvanla bağlı yüzlərlə fərqli miflər eşitmişdim. Memarlıq, tarix, ənənələr, mətbəx, kənd təsərrüfatı, infrastruktur, kurortlar, komfortlu otellər, qonaqpərvərlik - hər şey yaxşı mənada təəccübləndirdi. Hətta mənim ən ağrılı mövzum-ölkəmizdə gənclərin təhsili problemlərində də tam razı qaldım. Və burada təmiz vicdanla, gənclərin təhsilə cəlb olunma səviyyəsinin təkcə yüksək olduğunu deyil, həm də səmərəli olduğunu demək olar. Turizm baxımından bütün səyahət sevərlər üçün burada yerlər yaradılmışdır. İnanılmaz gözəl dağlar, quru təmiz hava, ayna kimi göllər və yüzlərlə canlı mənzərələr. Ən başda isə Naxçıvanın sakinləri-həyata xüsusi baxışları olan insanlar, qonaqları öz ailə üzvü kimi qəbul etməyi bacaran insanlar, o insanlar ki ürəkdən düşünməyi bacarırlar... Və ən əsası, mifə baxmayaraq, onlar gözəl əylənməyi bacarırlar. Mənim üçün Naxçıvan bir daha dəfələrlə qayıdacağım xüsusi yerdə dayandı”.