Bloger Asəf Baxşıyevin Naxçıvan təəssüratları: Duzdağ bir neçə gün ərzində müasir tibbin həll etməyə aciz qaldığı xəstəlikləri bir dəfəlik həll edə bilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən günlərdə baş tutan Naxçıvana yerli blogerlərin səfəri hər bir qonağın yaddaşında xoş xatirələr yaradıb. Onlar sosial şəbəkələrdəki hesablarında bir-birindən maraqlı paylaşım ediblər. Bloger Asəf Baxşıyevin Naxçıvan təəssüratları: “İlk səfərimiz Heydər Əliyev Muzeyindən başladı. Biz dahi şəxsiyyətin həyat və yaradıcılığı barədə ən kiçik detallarla tanış ola bildik.
Naxçıvanla bağlı vurğulamaq istədiyim digər mühüm məsələlərdən biri Naxçıvanın böyük hissəsinin alternativ enerjidən istifadə etməsidir. Naxçıvan Dövlət Universiteti belə qismən bu enerjidən qidalanır.
Nəqliyyat və yollar Bakıda istənilən yoldan daha hamar və səliqəlidir və bu bütün Naxçıvanda eynidir. Çirkli maşın gözümə dəymədi. Yeməkləri bir-birindən dadlı, meyvələri, limonu, qozu, əti tamamilə fərqli idi.
Diqqətçəkən məqamlardan Duzdağı və onun inanılmaz şəfalı xüsusiyyətləri oldu. Bir neçə gün ərzində müasir tibbin həll etməyə aciz qaldığı xəstəlikləri bir dəfəlik həll edə bilir”.