Naxçıvanda 3-cü doza “Pfizer” peyvəndinin tətbiqinə başlanılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında  “Sinovac” vaksininin 1-ci və  2-ci  dozası ilə  birgə  3-cü doza  olaraq “Pfizer” vaksininin də tətbiqinə başlanıb. Mütəxəssislər Almanİya istehsalı olan və yüksək keyfiyyətilə seçilən  “Pfizer” vaksininin viruslara qarşı daha təsirli və  təhlükəsiz olduğunu bildirir.

Muxtar respublikamızda  bu günədək 105 min 946 nəfər 1-ci doza, 93 min 787  2-ci  doza,  1587 nəfər isə 3-cü doza,  ümumilikdə isə 201 min 317 nəfər vaksinasiyaya cəlb olunub. Aparılan tibbi profilaktik tədbirlərin nəticəsində ölkəmizdə koronavirus infeksiyasına ən az yoluxma faktı  da məhz elə Naxçıvanda müşahidə olunur.

Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikada  pandemiyaya qarşı  effektiv  tədbirlər həyata keçirilir.  Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiya muxtar respublikada COVID-19 virus infeksiyasına  qarşı vaksinasiya işlərini təşkil edir.  

Xosrov İbrahimov 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: