Naxçıvan sakitlikdir, mədəniyyətdir, təhsildir, hörmətdir, qonaq-pərvərlikdir - FOTOLAR

A- A A+

17-21 noyabr tarixlərində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi, “YUGEN” Yaradıcılıq Agentliyinin təşkilatçılığı ilə yerli blogerlərin muxtar respublikaya səfəri təşkil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, geriyə qayıdan bloger Aşraf Nakxal Sausan sosial şəbəkə hesablarındakı paylaşımlarında Naxçıvanın onda çoxlu müsbət emosiyalar yaratdığını yazıb.

“Naxçıvana səfərimizdən sonra məndə çoxlu müsbət emosiyalar yaranıb. Gördüklərimizi hər kəsə danışdığım üçün çox xoşbəxtəm.

Səfərdən əvvəl qorxurduq ki, Naxçıvanda qızların tək başına gəzməsi qadağandır, rəqs etmək qadağandır, izdihamda gəzmək qadağandır və bir çox başqa miflər var idi. Paylaşımlarımız vasitəsilə ümid edirəm ki, bütün mifləri dağıda bildik.

Naxçıvan sakitlikdir, mədəniyyətdir, təhsildir, hörmətdir, qonaq­pərvərlikdir. İndi dönə-dönə qayıtmağa hazır olduğum Naxçıvan mənim sevgimdir!”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: