Naxçıvan Muxtar Respublikası və onun fərqliliyi-yerli blogerlər yazır... - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabr ayında Naxçıvana təşkil edilmiş yerli blogerlərin səfəri başa çatsa da, onların doğma diyarla bağlı paylaşımları davam edir. “Naxçıvan Muxtar Respublikası və onun fərqliliyi” adlı paylaşımında bloger Elnarə Nəhmədova yazır:

  • tərtəmiz küçələr;
  • mehriban insanlar;
  • səliqəli sürücülər (bir dəfə də siqnal səsi eşitmədik);
  • qanun-qayda;
  • müasir avadanlıqlarla təmin olunan Naxçıvan Dövlət Universiteti (Bakıda belə avadanlıqlar yoxdur);
  • yaxın zamanda universitet ərazisində Texnoparkın açılışı. Burada texnoservis, nanoaraşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma otaqları mövcud olacaq. Bundan əlavə burada Microsoft şirkətinin, Naxtel 4G operatorunun, CİSCO, KOİCA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri yerləşəcəkdir;
  • savadlı və səmimi gənclər;
  •  muxtar respublikanın alternativ günəş və külək enerjisindən istifadə etməsi;
  • sıfır cinayət (axşam saat 12-də də rahat gəzə bilərsən, maşının qapısı açıq qalsa, üstündə də açar, əmin ol, heç bir şey baş verməyəcək);
  • orqanik, qatqısız yeməklər (tam nəzarət altında olan qida sektoru);
  • Ağbulaq Xizək Mərkəzinin olması;
  • və məndə çox böyük təəssürat yaradan Duzdağ Fizioterapiya Mərkəzi (ciyər, astma, bronx, allergiya xəstəliklərinə dərman olan unikal bir mərkəz);

Startap və yeni bizneslərə açıq və dəstək olan dövlət strukturları.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: