Mənim Naxçıvanla bağlı içimdə qaynayan duyğular haqqında deməyə çox sözüm var... - FOTOLAR
Mənim Naxçıvanla bağlı içimdə qaynayan duyğular haqqında deməyə çox sözüm var. Sadəcə məni başa düşmək üçün orda olmalısan.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvana təşkil olunan turda iştirak edən Nailə Əliyeva özünün sosial şəbəkələrdəki paylaşımlarında yazıb.
“Cənab Sədr Vasif Talıbova çox minnətdarlığımızı bildiririk ki, bu layihənin reallaşdırılmasına dərhal icazə verdi.
Gənclər Fondunun direktoru, deputat Cəbi müəllimə çox sağ ol deyirik ki, bütün bu günlər ərzində bizlə birlikdə oldu, bizlə birlikdə gəzdi, yemək yedi, diqqət göstərdi, söhbət etdi (bu məqamı Bakıdan olan deputatlarımızın diqqətinə çatdırıram).
Yəqin ki, bu qədər bloqeri bir yerə yığmağın, onlara rəhbərlik etməyin nə demək olduğunu başa düşürsünüz. Yeri gəlmişkən bloqerlər haqqında da deyim. Seçilmiş komanda ideal idi. Hamısı təhsilli, dünyagörüşlü gənclər idi, hansı ki, əvvəlcədən onları tanımırdım. Hamısını çox sevdim.
Operativliyinə, sponsorluq etdiyinə və nəqliyyat məsələlərinə görə “Nəqşicahan” Holdingə təşəkkür edirəm”,-deyə bloqer bildirir.