Naxçıvanda Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib - FOTOLAR

A- A A+

Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib, onlara ehtiyaclarına uyğun sovqatlar verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə keçirilən tədbirlərdə çıxış edənlər muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə göstərilən tibbi və sosial reabilitasiya xidmətlərindən, bu istiqamətdə son illərdə tətbiq olunan yeniliklər, əldə edilən nəticələrdən danışıblar. Həmçinin vurğulanıb ki, əlilliyi olan şəxslərə müvafiq təqaüd və sosial müavinətlər ödənilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib, məhdud fiziki imkanlı şəxslərə sovqatlar verilib. Keçirilən görüşlərdə iştirak edə bilməyən hərəkət qabiliyyəti məhdud şəxslərə evlərində baş çəkilib, sovqatlar verilib.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: