Könüllü gənclər Ahıllar evinin sakinlərini ziyarət edib - FOTOLAR
Muxtar respublikada könüllülük həftəsi çərçivəsində müxtəlif tədbirlər davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Könüllülük sərhəd tanımır!” devizi altında könüllü gənclər Şahbuz şəhərindəki Ahıllar evinin sakinlərini ziyarət ediblər.
Sosial könüllülər ahıllar evinin sakinləri ilə çay süfrəsi arxasında səmimi söhbət edib, onların səhhətləri və qayğıları ilə maraqlanıblar. Gətirilən hədiyyələr ahıllara təqdim olunub.
Novruz Məmmədov