Mən Naxçıvanı hər gün kəşf etməyə və onun gözəlliyinə heyran olmağa davam edirəm - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi, “YUGEN” Yaradıcılıq Agentliyinin təşkilatçılığı ilə noyabr ayında yerli bloqerlərin muxtar respublikaya səfəri təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfərdə iştirak edən bloqer Ayyan Salahova diyarla bağlı paylaşımlarında bura heyran olduğunu və qışda yenə qayıdacağını yazır.
“Ağbulaq İstirahət Mərkəzinə getdik, bu Naxçıvanda yeni xizək kurortudur. Burada qiymətlərin çox münasib olması xoşuma gəldi və qışda uşaqlarla buraya qayıtmağı, dincəlməyi və xizək sürməyi düşünürəm. Kanat yolu ilə yuxarı qalxanda heyrətamiz mənzərəni gördük. Mən Naxçıvanı hər gün kəşf etməyə və onun gözəlliyinə heyran olmağa davam edirəm”.