Muxtar respublikada çöl heyvanlarının nümunəvi qışlaması üçün ehtiyat yaradılır - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən biotexniki tədbirlərə hazırlıq işləri davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekoloqlar Ordubad rayonunun Kotam kəndi yaxınlığında 700 metr hündürlükdə yerləşən Əlkar dağında olub, növbəti biotexniki tədbiri həyata keçiriblər. 

Əraziyə 100-kipə yaxın qaba yem və 2 tondan çox daş duz gətirilərək ehtiyat məqsədilə  yerləşdirilib.  Daş duz ehtiyatından  500 kiloqram istifadə edilməklə muflon və bezoar keçilərinin qidalanması üçün ərazilərə qoyulub. 

Qeyd edək ki, bu tədbirlər bundan əvvəl Şərur, Babək, Culfa və Şahbuz rayonlarında da həyata keçirilib. Biotexniki tədbirlərin muxtar respublika ərazisində, xüsusən də yabanı faunanın daha geniş yayıldığı ərazilərdə davam etdirilməsi  nəzərdə tutulur.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: