Daimi nümayəndəliyin rəhbəri Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunan musiqi festivalının açılışında iştirak edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə hazırlanan Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunan musiqi festivalının açılışında iştirak edib. Tədbirdə bəstəkarın "Xəzər" balladası və "Xeyir və Şər" baleti nümayiş etdirilib.