Şərur rayonunda yeni meyvə bağı salınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyası və yaşıllaşdırma tədbiri rayonun Çərçiboğan kəndi ərazisində keçirilib. 1 hektar ərazi hamarlanıb, torpaq münbitləşdirilib, əkin üçün yararlı hala salınıb. Bu əraziyə 360 yerli şəraitdə yetişdirilən məhsuldar sortlu ərik tingi əkilib. Yeni əkilən tinglər suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Aksiyada rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.
Analoji tədbirlər bundan sonra da davam etdiriləcək.
Məhəmməd Fərəcov