Culfa-Ordubad yolu abadlaşır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, təmir olunan Culfa-Ordubad magistralında yolun asfalt örtüyünün verilməsinə başlanılıb. Yolda tikinti işləri mart ayından həyata keçirilir. Hazırda yolun Culfa rayonu ərazisindən keçən hisəssində torpaqbərkitmə işləri yekunlaşdırılıb və magistrala asfalt örtük verilir. Ümumi uzunluğu 48 km olan yolun keçdiyi yerlərdə 119 su keçidi və 6 körpü salınacaq. Asfalt örtüyü yağış sularından qorumaq üçün kənarlarda 28 kilometr uzunluğunda su kanalı tikiləcək. Layihəyə əsasən, Culfa-Ordubad avtomobil yolunun Culfa-Yaycı hissəsi 4 zolaqlı, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı hərəkət hissəsindən ibarət olacaq.
Sadiq Məmmədov