Ötən ay 656 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

A- A A+

Naxçıvan Muxtar respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ötən ay ərzində mülkiyyət hüquqlarının operativ qeydiyyatı təmin edilib, torpaq fondundan səmərəli istifadə diqqətdə saxlanılıb.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ay ərzində 656 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 487 texniki sənəd hazırlanıb, yeni yaranmış 25 daşınmaz əmlak obyektinə ünvan verilib, 92 torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində 28 vətəndaşın müraciətinə baxılıb, 99 fiziki və hüquqi şəxs elektron xidmətlərdən yararlanıb. 7 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 6 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1100 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: