Tələbələr Naxçıvan Muxtar Respublikası Prokurorluğunda təcrübə keçiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar.                             

Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar müvafiq sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb.

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov, Porkurorluğun Təşkilat və İcraya Nəzarət şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz Zülfüqarov Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar şöbəsinin rəisi, ədliyyə müşaviri Anar Məmmədov “Prokurorun inzibati xətaların haqqında işin baxılmasında iştirakı”, Kadrlar şöbəsinin böyük prokuroru Turqay Həşimli isə “Prokurorluğun fəaliyyət istiqamətləri və cəmiyyətdə rolu” mövzularında çıxış ediblər.

Tədbir iş proseslərinin tanışlığı ilə davam edib. Prokurorluğun kriminalistik avtomaşınının və kriminalistik vasitələrin iş prinsipi tələbələrə izah edilib. Gələcəyin hüquqşünasları hadisə yerində barmaq izlərinin və digər izlərin aşkar edilməsi məqsədilə həyata keçirilən iş proseslərinin ardıcıllığı ilə də əyani tanış olublar və onların sualları cavablandırılıb.

Sonra cinayət işinin istintaqı zamanı aparılan ilkin istintaq hərəkətləri, şərti olaraq yaradılmış hadisə yerinə baxış və istintaq hərəkəti, keçirilməsi qaydası əyani şəkildə tələbələrə göstərilib. Onlar, həmçinin əməliyyat yerində işlərin ardıcıllığı barədə ətraflı məlumat alıblar.

Təcrübə çərçivəsində tələbələrə istintaq hərəkətlərinin sənədləşdirilməsi barədə danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib. Eyni zamanda onlara cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları və hadisə yerinə baxış zamanı fotoçəkiliş aparılması qaydaları da izah olunub.

Tanışlıq zamanı, həmçinin prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları barədə məlumat verilib. Tələbə-hüquqşünaslar ayrı-ayrı şöbələrin iş fəaliyyəti və kitabxana fondu ilə də tanış olublar.

                                          

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: