Naxçıvanda özünüməşğulluq proqramı çərçivəsində daha 27 nəfərə aktivlər təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabr ayında həyata keçirilən özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Onlardan 27 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə isə odunkəsən, otbiçən aparat və ehtiyat hissələri verilib. Özünüməşğulluğu təmin edilən ailələlərin üzvlərindən 15 nəfərini əlilliyi olan, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan, 1 nəfərini nikahı pozulan, 2 nəfərini ailə başçısını itirən, 2 nəfərini Vətən müharibəsində sağlamlıq imkanlarını itirmiş, 5 nəfərini isə müharibə iştirakçısı olan şəxslər təşkil edib.

Həmçinin təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Şərur rayonunun Çomaxtur kənd sakini Yeganə Vəliyeva həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona südsağan aqreqat verilib. O, artıq 2 ilə yaxındır ki, proqrama cəlb olunub və ötən müddət ərzində təsərrüfatında ciddi artımlar qeydə alınıb.

Aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub. Bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: