Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın,tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin də xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.