Mərkəzi Xəstəxana Kəngərlidə humanitar tibbi aksiya təşkil edib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən humanitar tibbi aksiyalar davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tibbi aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının müxtəlif ixtisaslı həkimləri iştirak ediblər. Kəngərli rayonunun Qıvraq qəsəbəsi və kənd yaşayış məntəqələrində əhaliyə səyyari tibbi xidmətlər göstəriblər. Məqsəd ahıl vətəndaşlara və xəstəxanaya gələ bilməyən yataq xəstələrini evlərində zəruri tibbi xidmətlərlə təmin etməkdir.

2 gün davam edən tibbi aksiya rayonun bütün yaşayış məntəqələrində aparılıb. Aksiya çərçivəsində 67 vətəndaşa evlərində tibbi xidmət göstərilib. Tibbi heyət bütün zəruri prosedurlar, o cümlədən laborator təhlillər aparıb, xəstələri ultrasəs müayinəsindən keçiriblər. Həmçinin onlara ehtiyacı üzrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar verilib.

Müayinəsi aparılan ahıl vətəndaşlar və digər yataq xəstələrinə sağlamlığına dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib.

Ahıl və yataq xəstələri başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşəbbüsü və təşkilatçılığı ilə humanitar tibbi aksiyalar muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: