Ağbulaq İstirahət Mərkəzinin ətrafında 7,5 hektar sahədə əkin işləri aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində toxumla əkin işləri davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, toxumla əkin işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyə tabe olan qurumların əməkdaşları tərəfindən aparılıb. Ümumilikdə gün ərzində 7,5 hektar sahədə toxumla əkin aparılıb. Ərazilərə torpaq və iqlim xüsusiyyətlərinə xas ağac və kol bitkilərinin toxumları əkilib.
Qeyd edək ki, Ağbulaq kəndi ərazisində aparılan yaşıllaşdırma tədbirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq kənd Turizm-İstirahət bölgəsinin yaradılması haqqında” Sərəncamının icrası ilə əlaqədar həmin ərazilərdə təbiətin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədi ilə aparılır.
Novruz Məmmədov