Naxçıvanda əcnəbilərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə slaydlar vasitəsilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma və yaşama müddətinin uzadılması qaydası və tələb olunan sənədlər barədə də geniş məlumatlar verilib. Həmçinin iştirakçılara xidmət tərəfindən hazırlanan və miqrasiya qanunvericiliyini əhatə edən maarifləndirici bukletlər paylanılıb.

Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran müxtəlif suallar ətraflı cavablandırılıb.

Maarifləndirmə tədbirinin ardınca əcnəbilərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: