YAP üzvlərinin sayı açıqlanıb

A- A A+

Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzvlər qəbul olunur. Hazırda YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

T.Budaqov bildirib ki, YAP-a üzv olmaq istəyənlərin arasında gənclər çoxluq təşkil edir:

“Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statistikaya əsasən, YAP-ın 800 minə yaxın üzvü var".

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: