Quruculuq tədbirləri Sədərək rayonuna abad görkəm verir - VİDEO
Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sərhəd bölgəmiz Sədərəkdə də tikinti, quruculuq və abadlıq işlərini xeyli sürətləndirib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq bu bölgədə də bir-birindən əhəmiyyətli obyektlər tikilib istifadəyə verilir, qəsəbə və kəndlər müasir görkəm alır.
Sədərək rayonunda həyata keçirilən quruculuq tədbirləri və mühüm infrastruktur layihələrinin reallaşdırılması Heydərabad qəsəbəsinin və kənd yaşayış məntəqələrinin simasını xeyli dəyişib, rahat, firavan yaşayış təmin olunub.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov