ÜST Azərbaycana 1 milyondan çox fərdi qoruyucu vasitə verib

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu (ARB) Azərbaycanın tibb işçilərini 1 milyondan çox fərdi qoruyucu vasitə ilə təmin edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ÜST ARB-nin tviter səhifəsində deyilir.

“ÜST ARB Avropa İttifaqının vəsaiti hesabına Azərbaycandakı tibb işçilərinə 1 milyondan çox fərdi qoruyucu vasitə, o cümlədən maskalar və əlcəklər təqdim edib. Bacarıqlı və qorunan işçi qüvvəsi səhiyyənin bütün xidmətlərindən istifadənin mümkünlüyü baxımından vacibdir”, - paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: