Heydər Əliyev Muzeyində təşkil olunan onlayn ekskursiya Naxçıvan Televiziyasının efirində və internet hesablarında canlı yayımlanıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn ekskursiyada izləyicilərə muzeyin direktoru Ramil Orucəliyev məlumat verib. O bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Ümummilli liderin sağlığında yaradılan muzeydə dahi şəxsiyyətin həyat və fəaliyyətini, onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğısını əks etdirən fotoşəkillər, tarixi sənədlər və digər minlərlə dəyərli eksponatlar toplanıb.

Canlı yayım vasitəsilə o da diqqətə çatdırılıb ki, dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılıb.

Bu baxımdan ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən istifadə etdiyi əşyalar, bütün xarici səfərlərini, eləcə də muxtar respublikaya səfərlərini əks etdirən materiallar bura gələn ziyarətçilərin xüsusi diqqətini cəlb edir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: