ÜST-dən xəbərdarlıq: Pandemiyadan sonra dünyada daha böyük problemlər yaranacaq

A- A A+

Bəşəriyyət pandemiyadan sonra başqa, daha ciddi təhlükələrlə üzləşəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.

"Pandemiya başa çatdıqda, biz əvvəl olduğundan daha böyük çətinliklərlə üzləşəcəyik: yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyi və s", - o deyib.

O əlavə edib ki, indi insanlar sağlamlığın dəyəri haqqında təsəvvürləri əsaslı şəkildə dəyişdirməlidirlər. Tedros Adanom Qebreyesusun sözlərinə görə, dünyada iqtisadi artım bütün planetin rifahına əsaslanmalıdır.

ÜST rəhbəri səhiyyə xərclərinə deyil, gələcək sərmayələrə baxmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: