Azərbaycanda həyət tərəfdən girişi olan və yaşayış otaqlarının pəncərələri həyətə açılan yaşayış binalarında yerləşən ictimai təyinatlı obyektlərin həyət tərəfdən müxtəlif yüklərlə yüklənib boşaldılması yolverilməzdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, yaşayış binasının hüdudlarında yerləşən ictimai təyinatlı obyektlərin yüklənib boşaldılması, binanın pəncərələri olmayan yan fasad tərəfindən, yeraltı tunellərdən, xüsusi yük vurma hissəsi olduğu halda magistral küçə tərəfdən aparılmalıdır.
Binanın hüdudlarındakı ictimai təyinatlı obyektin sahəsi 150 m²-dən az olduğu halda yükvurma hissəsinin nəzərdə tutulmamasına yol verilir.