“Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

“Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə 1 oktyabr-30 noyabr tarixlərində elan edilən yaradıcılıq müsabiqəsinin mükafatlandırma  mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Şərq qapısı” qəzeti redaksiyasında təşkil olunan mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi  Rəmzi İbrahimov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə”  2021-ci il 1 iyun tarixli Sərəncamını muxtar respublikada mətbuatın inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

“Şərq qapısı” qəzetinin baş redaktoru, əməkdar jurnalist Mehriban Sultanova “Şərq qapısı” qəzetinin ictimai-siyasi fikir tariximizdəki, milli-siyasi təfəkkürün formalaşması və inkişafındakı rolundan, müstəqillik illərində muxtar respublikada aparılan uğurlu media siyasəti nəticəsində “Şərq qapısı”nın dünya standartlarına cavab verəcək mətbuat orqanı səviyyəsinə yüksəldilməsinə nail olunmasından bəhs edib.

Daha sonra qaliblər mükafatlandırılıb. “Şərq qapısı” qəzeti redaksiyasının məsul katibi Muxtar Məmmədov “İllər, sizdə nəyim qaldı…” publisistik məqalələrdən ibarət kitabı ilə birinci yer, “Yüz ilin mətbuatı” sənədli filminin ssenari müəllifi, Naxçıvan televiziyasının  baş redaktoru Ruhiyyə Rəsulova və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşı Güntac Şahməmmədli “Müstəqillik illərində muxtar respublikada təhsil inkişafının ən yüksək zirvəsinə çatıb” məqaləsi ilə ikinci yerə layiq görülüblər. Gənc jurnalist Arif Bayramovun “İnformasiya blokadasından demokratik mətbuata” məqaləsi, şair-publisist Elxan Məmmədovun “Əsrin əsəri, yaxud mənim ən böyük və ən açıq tribunam” publisistik yazısı, “Arazın səsi” qəzetinin əməkdaşı Səriyyə Salahovanın “Azərbaycan mətbuatı tarixində mühüm rolu və böyük xidmətləri olan doğma, qocaman “Şərq qapısı” qəzeti” məqaləsi müsabiqənin üçüncüsü adına layiq görülüb.  Qaliblərə diplom və pul mükafatları təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: