Zəngəzur Milli Parkında akademik Həsən Əliyevin xatirəsinə ağacəkmə aksiyası təşkil edilib - FOTOLAR

A- A A+

Bu gün görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 114 ili tamam olur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi akademikin doğum günündə onun adını daşıyan Zəngəzur Milli Parkının ərazisində 3 hektar sahədə toxumla əkin işləri aparıb.

Zəngəzur Milli Parkının Boyəhməd kəndi ərazisində aparılan toxumla əkin işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyə tabe idarə və təşkilatların kollektivləri tərəfindən həyata keçirilib. Şırım üsulu ilə aparılan əkin zamanı əraziyə kəndin təbiətinə xas ardıc, badamça, yemişan, həmərsin və alça toxumları əkilib.

                                                                         Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: