Cəhriçay vadisində yeni meyvə bağı salınıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində yeni yaşıllıq sahələrinin və meyvə bağlarının salınması istiqamətində tədbirlər davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti yaşıllaşdırma tədbirləri çərçivəsində  Cəhriçay vadisində 1 hektar ərazidə yeni meyvə bağı salınıb.

Cəhriçay vadisindəki bu ərazi də digər kənd təsərrüfatı bitkilərinin əkini üçün yararsız bir ərazi olduğundan burada yeni meyvə bağı salınıb. Ərazi əvvəlcədən hamarlanaraq əkinəyararlı vəziyyətə gətirilib. Üzvi gübrələrdən istifadə olunmaqla 1 hektarlıq əraziyə 8 yüzdən artıq alma və cəviz tingləri əkilib. Bağda suvarma və digər aqrotexniki tədbirlər də yerinə yetirilib.

Nazirlikdən verilən məlumata görə, Cəhriçay vadisi ərazisində əlavə olaraq 2 hektar sahədə yeni meyvə bağının salınması da nəzərdə tutulur. Həmin ərazi də texnikaların köməyi ilə hamarlanaraq əkinəyararlı vəziyyətə gətirilib.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: