Övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu yerin və tarixin dəyişdirilməsi hansı qaydada həyata keçirilir?
Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə, övladlığa götürülmüş uşağın doğum tarixi uşaq 1 yaşına çatana qədər dəyişdirilməsi qanunla nəzərdə tutulmuşdur. Həmçinin övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə qətnaməsində göstərilir.
Bundan başqa 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.