"Horadiz-Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində hazırda təmizləmə əməliyyatları davam edir".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Natiq Əsədov deyib.
O bildirib ki, əməliyyatlar müxtəlif üsullarla aparılır: "İndiyədək ərazidə 338 ədəd partlamamış hərbi sursat və 5 cərgəli mina xətti aşkarlanıb".