Sərmayə kapitalı almış qadınların təsərrüfat sahələrində aparılan monitorinqlər davam etdirilir - FOTOLAR

A- A A+

“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” və “Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış qadınların təsərrüfat sahələrində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalından düzgün istifadə edilməsi ilə bağlı monitorinqlər davam etdirilir.

Bu barədə Komitənin mətbuata xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olmuş xəbərdə bildirilir.

Məlumata görə, növbəti monitorinq 2021-ci il 16 dekabr tarixdə sərmayə kapitalı almış 3 qadının yaşadığı ünvanda keçirilib, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılıb.

Belə ki, aldıqları sərmayə kapitalı dəyərində Sədərək rayonunun Sədərək kənd sakinləri Hüseynova Mehparə Səfər qızı və Əliyeva Nazilə Məhərrəm qızı ailə təsərrüfatı məhsulları istehsalı, Naxçıvan şəhər sakini Qarayeva Səkinə Əvəz qızı isə dekorativ tətbiqi sənət sahəsində lazımi məhsul və avadanlıqlar alaraq fəaliyyətlərinə başlayıblar.

Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: