Gənclər Şahbuzda şəhid ailələrini ziyarət edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc Şahbuz rayonunda yaşayan şəhid ailələrini ziyarət edib.

Tədbir iştirakçıları Şahbuzkənddən olan şəhid  leytenant Sadiqov Emin Rəşadət oğlunun, Külüs kəndindən olan  şəhid baş leytenant Qurreşli Firuz Əli oğlunun, şəhid  baş leytenant Rzayev Zülfü Zeyni oğlunun, Badamlı qəsəbəsindən olan  şəhid Bağırov Ramin Nəriman oğlunun   ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar.

Vurğulanıb ki, Vətən müharibəsində ölkəmizin hər bir bölgəsindən olduğu kimi, Şahbuz rayonunun qəhrəman oğulları da iştirak edib. Onlar torpaqlarımızı işğaldan azad edərək üçrəngli bayrağımızı Qarabağda dalğalandıran vətənpərvər gənclər kimi daim qürurla xatırlanacaq.

Tədbir çərçivəsində şəhidlərin ruhuna dualar oxunub. İştirakçılara şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri qəhrəman şəhidlərimiz  haqqında xatirələrini bölüşüblər.

                                                          

                                                             Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: