Naxçıvanda “1001 Home” mağazasının açılışı olub - VİDEO

A- A A+

Naxçıvanda daha bir xidmət sahəsinin, “Cahan” Alış-Veriş Mərkəzinin bazasında fəaliyyətə başlayan “1001 Home” mağazasının açılışı olub.

 Ümumi sahəsi 3 min 900 kvadratmetr olan mağazada muxtar respublika əhalisinin tələbatına uyğun ən keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən santexnika, çilçıraq və işıqlandırma, asma tavanlar, divar üzlükləri, elektrik ləvazimatları, istilik sistemləri, müxtəlif qapı və mebel məmulatları, məişət əşyaları bölmələri ya­ra­dılıb.                                                            

Mağaza ilə bağlı daha geniş məlumatla www.1001home.com saytı ilə əlaqə saxlaya bilərsiniz.

Mağazanın 2 min kvadratmetri satış bölməsinin, 1900 kvadratmetri anbar və ofis bölmələrinin payına düşür. Burada yerli məhsullarla yanaşı bir sıra xarici ölkələrin istehsalı olan 10 min çeşiddən çox məhsulun satışı həyata keçirilir. Mağazada  Almaniya, Hollandiya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan məhsullar da alıcılara təklif edilir.  “1001 Home” satış mağazasının  əsas məqsədi qarşıdakı 5 il ərzində öz əhatə dairəsini genişləndirərək mağazalarının sayını 60-a  çatdırmaqdır.

Mağaza alıcıların rahatlığını təmin etmək üçün nağd, post-terminal, elektron ticarət, kredit kartları və daxili kredit üsulları vasitəsilə satışı həyata keçirməklə yanaşı, müştərilərə evə çatdırılma və montaj  xidmətlərini də təklif edir. Mağazada 50 nəfər işlə təmin olunub.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan Televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

 

                                         Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: