Kəndlərdəki mərasim evləri əhalinin işini xeyli asanlaşdırıb - FOTOLAR
NUHÇIXAN-ın məlumatına görə Babək rayonunun Cəhri kəndində aprel ayından başlayaraq iki yerdə mərasim evinin tikintisinə başlanıb. Tikilən mərasim evləri 2 zaldan və mətbəxdən ibarət olacaq. Bu binaların istifadəyə verilməsi sakinlərin yas mərasimlərini rahat şəkildə keçirməsinə şərait yaradacaq və əlavə xərclərin yaranmasına son qoyacaq.
Qeyd edək ki, bundan əvvəl də Naxçıvanın onlarla kəndində nümunəvi mərasim evləri tikilib istifadəyə verilib. Bu işdə dövlətlə yanaşı, sahibkarlar, kəndlərin imkanlı sakinləri də fəallıq göstərirlər.
Artıq bir neçə ildir ki, muxtar respublikada yas və dəfn mərasimlərinin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi, ölkə səviyyəsində nümunə hesab edilir. Babək rayonunda da bu qaydalara ciddi əməl olunur. Məlumat üçün bildirək ki, təkcə Babək rayonun kəndlərində 20-dən çox mərasim evi tikilib. Mərasim evləri əhaliyə tam ödənisşiz xidmət göstərir.
Vüsal Muradov