Ordubadda zeytun bağları salınır - FOTOLAR
Füsunkar təbiətə malik Ordubad rayonunun dağlar qoynunda yerləşən Kotam kəndində 1,5 hektarlıq sahə yeni bağ salınması üçün hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri tərəfindən həmin ərazidə 750 zeytun tingi əkilib.
Mütəxəssislər bildirirlər ki, zeytun Ordubadın torpaq-iqlim şəraitinə uyğun bitkidir. Yaxşı qulluq göstərildikdə və becərmələr aqrotexniki qaydalar əsasında aparıldıqda tez boy atır və yaxşı da məhsul verir. Kotam kəndində ayrılan sahə də zeytun yetişdirmək üçün tam əlverişlidir.
Rayonda yeni zeytun bağlarının və digər yaşıllıq zolaqlarının salınması bundan sonra da davam etdiriləcək.
Məhəmməd Fərəcov