Naxçıvanda eyni vaxtda 2 min nəfərin ibadət edəcəyi məscid tikilir  - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində yeni məscid binasının  inşası davam edir.  Bina ibadət zalından, 40 metr hündürlüyündə iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən və kitabxanadan ibarət olacaqdır. 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcəkdir. Hazırda məscidin binasında fasad üzlənir daxildə hörgü suvaq işləri aparılır. 

 Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati və mərasim binaları da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcək. Mərasim binasında isə hər biri 224 yerlik iki zal fəaliyyət göstərəcək.

Qeyd edək ki, məscid binasının həyətində abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq və dəstəmaz yerləri yaradılacaqdır.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: